PSJ-dən forvard üçün "Napoli"yə son təklif

PSJ "Napoli"nin forvardı Viktor Osimhen üçün klubuna son təklifi göndərib.

Newsport.az "Sky Sport"a istinadən xəbər verir ki, Paris klubu nigeriyalı hücumçu üçün "Neapol" klubuna 110 milyon avro təklif edib.

Bundan əvvəlki təkliflərə neqativ cavab verən Neapol klubunun rəsmilərinin PSJ-nin son təklifinə hansı reaksiyanı verəcəyi hələ ki, dəqiqləşməyib.

25 yaşlı forvardın "Napoli" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

O, karyerası ərzində "Volfsburq", "Şarlerua", "Lill" klublarında oynadıqdan sonra 2002-ci ildə "Napoli"yə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right