"Qalatasaray" və "Trabzonspor"un oyunu təxirə salındı

Türkiyə Super Liqasında 3-cü turun 3 oyunu təxirə salınıb.

Newsport.az xəbər verir ki, buna səbəb klubların avrokubokların pley-off mərhələsində iştirak etməsidir. Məlumatı Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti yayıb.

"Qalatasaray" - "Qaziantep", "Trabzonspor" - "Kayserispor" və "Samsunspor" - "Başakşehir" matçları başqa vaxt oynanılacaq.

"Qalatasaray" Çempionlar Liqasında, "Trabzonspor" və "Başakşehir" isə Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparır.

Avropa Liqasında yer alan "Beşiktaş"ın isə təqvimə əsasən 3-cü turda oyunu yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right