"Milan" Fransa millisinin üzvünün transferini bitirir

"Monako"nun müdafiəçisi Yussuf Fofana karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.

Newsport.az xəbər verir ki, "Milan" fransalı futbolçunun keçidini tamamlamaq üzrədir. Bu barədə İtaliya mətbuatı məlumat verib.

"Milan" 25 yaşlı mərkəz müdafiəçisi üçün "Monako"ya 25 milyon avro təzminat ödəyəcək. 5 illik müqaviləyə qol çəkəcək Fofananın illik maaşı 3 milyon avro olacaq. Futbolçu "Milan"da 29 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Monako" Yussuf Fofananı 2020-ci ilin yanvar ayında "Strazburq"dan transfer edib. Fransa millisinin üzvü ötən mövsüm "knyazlıq" təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right