"Marsel"dən "Jirona"ya

İspaniyanın "Jirona" klubu qapı xəttini gücləndirib.

Newsport.az La Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransa təmsilçisi "Marsel"in qapıçısı Pau Lopesi icarəyə götürülüb.

29 yaşlı qolkiperlə müqavilənin müddəti 2024/2025 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, karyerası ərzində "Espanyol", "Betis", "Tottenhem" və "Roma"da çıxış etmiş P.Lopes ötən mövsüm Fransa çempionatında keçirdiyi 33 oyunda 39 qol buraxıb, 8 görüşdə isə qapısını toxunulmaz saxlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right