“Bayer”də yeni müqavilə

"Bayer" rəhbərliyi komandanın futbolçusu Robert Andrixlə yeni müqavilə imzalayıb. Newsport.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi ilə yeni anlaşmanın müddəti 2028-ci ilin yayına qədərdi.

Qeyd edək ki, Andrix 2021-ci ildən "Bayer"in uğurları üçün çalışır. Ötən mövsüm 45 matçda iştirak edən yarımmüdafiəçi 6 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right