"Tottenhem" fransalı futbolçu transfer etdi

İngiltərənin "Tottenhem" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Börnli"dən Uilson Odoberti rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

London klubu 19 yaşlı vingerlə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Fransalı ön xətt oyunçusu "Tottenhem"də 28 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Börnli" Uilson Odoberti ötən ilin yayında "Trua"dan transfer etmişdi. Gənc futbolçu komandanın heyətində meydana çıxdığı 34 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right