“Mançester Siti” “Barselona”nın yarımmüdafiəçisi Pedri ilə maraqlanır. Newsport.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola 21 yaşlı orta sahə oyunçusunu şəxsən özü komandasında görmək arzusundadı.
Premyer Liqa təmsilçisi İspaniya millisinin üzvünün transferi üçün yarımmüdafiəçisi Mateus Nunyesi də müqaviləyə daxil edə bilər. Ancaq “Barselona”nın prezidenti Joan Laporta aparıcı oyunçusunu satmaq fikrindən uzaqdı.
Qeyd edək ki, Pedri ötən mövsüm bütün turnirlərdə 34 oyunda iştirak edib, 4 qol vurub, 5 məhsuldar ötürmə verib. “Barselona” ilə müqavilə müddəti 2026-cı ilin yayına kimi olan yarımmüdafiəçinin bazar dəyəri 80 milyon avrodu.