Premyer Liqanın 5 futbolçusuna danışılmış oyun təklifi

“Linkoln Siti”nin keçmiş müdafiəçisi Moses Svaybi Premyer Liqanın bir neçə futbolçusuna oyunun nəticəsinə təsir etmək təklif olunduğunu açıqlayıb. Newsport.az xəbər verir ki, o, söhbətin 2015-2019-ci illər aralığından getdiyini bildirib.

Svaybinin sözlərinə görə, həmin dönəmdə Premyer Liqada çıxış edən 5 oyunçu danışılmış oyun təklifi alıb. Ancaq həmin futbolçuların adları açıqlanmayıb.

Qeyd edək ki, Moses Svaybi 2014-cü ilin yanvarında danışılmış oyun təşkilində günahlandırılıb və 16 aylıq həbs olunub. Həbsdən çıxdıqdan sonra Premyer Liqa və FA ilə informator və məsləhətçi kimi işləməyə başlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right