“Zirə”nin rəqibi Mierezi yola saldı

“Zirə”nin UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Osiyek” bir futbolçusu ilə yollarını ayırıb.

Newsport.az Xorvatiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı hücumçu Ramon Mierez karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək. Çünki “Osiyek” 27 yaşlı forvardını “Əl-Cəzirə”yə satıb.

2020-ci ildən bəri “Osiyek”in formasını geyinən Mierez 152 oyunda 63 qol vurub. O, iki dəfə Xorvatiya çempionatının bombardiri olub.

Qeyd edək ki, “Zirə” ilə “Osiyek” arasında cavab oyunu bu gün “Liv Bona Dea Arena”da keçiriləcək. Xorvatiyadakı ilk görüşdə 1:1 hesabı qeydə alınıb. Mierez transferi gündəmdə olduğu üçün ilk görüşü tribunadan izləmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right