Modriç "Real"ın tarixinə düşdü

“Real”ın xorvatiyalı futbolçusu Luka Modriç klubun tarixinə düşüb. Newsport.az xəbər verir ki, o, buna UEFA Superkubokunda “Atalanta” üzərindəki 2:0 hesablı qələbə sayəsində nail olub.

38 yaşlı yarımmüdafiəçi “kral klubu”nda ən çox titul qazanan oyunçu adına yiyələnib. Bu, Modriçin “Real”da 27-ci titulu olub.

Siyahıda ikinci yerdə Dani Karvahal və Naço Fernandes qərarlaşıb. Onların hesabında 26 titul var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right