"Mançester Yunayted" kapitanla yeni müqavilə imzaladı

İngiltərənin "Mançester Yunayted" klubunda yeni müqavilə qeydə alınıb.

Newsport.az xəbər verir ki, Premyer Liqa nəhəngi kapitan Bruno Fernandeşin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi 2027-ci ilin 30 iyun tarixinədək "qırmızı şeytanlar"a məxsus olacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Bruno Fernandeşi 2020-ci ilin yanvar ayında "Sportinq"dən transfer edib. 29 yaşlı futbolçu komandanın heyətində keçirdiyi 234 rəsmi matçda 79 qol və 64 nəhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right