Məşhur futbolçu klubsuz qaldı

"Çikaqo Fayr" komandanın aparıcı üzvlərindən olan Cerdan Şakiri ilə bağlı qərar verib.

Newsport.az-ın məlumatına görə, ABŞ təmsilçisi isveçrəli vingerlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

32 yaşlı ön xətt oyunçusu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Cerdan Şakiri 2022-ci ilin fevral ayından "Çikaqo Fayr"da çıxış edirdi. İsveçrə millisinin üzvü MLS təmsilçisinin heyətində meydana çıxdığı 75 rəsmi matçda 16 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right