Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Dinamo" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Zaqreb təmsilçisi "Roma"dan Yan Oliverası icarəyə götürüb. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
İspaniya U-19 millisinin sabiq üzvü 2024/2025 mövsümünü Xorvatiya təmsilçisinin heyətində keçirəcək.
20 yaşlı sol cinah müdafiəçisi "Espanyol"un yetirməsidir. Gənc oyunçu 2020-ci ilin yayında "Barselona"nın akademiyasından "Roma"ya qoşulub.
Qeyd edək ki, "Qarabağ" "Dinamo" ilə ilk oyunu avqustun 20-də səfərdə keçirəcək. Komandalar arasında cavab görüşü isə 28 avqust tarixində Bakıda baş tutacaq.