"Barselona"dan Premyer Liqaya transfer

"Barselona"nın müdafiəçisi Julian Arauxo karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Newsport.az xəbər verir ki, "Bornmut" meksikalı futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa klubu 23 yaşlı sağ cinah müdafiəçisi üçün "Barselona"ya 10 milyon avro təzminat ödəyib. Arxa xətt oyunçusu yeni klubu ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Barselona" Julian Arauxonu 2023-cü ilin yanvar ayında "Los Anceles"dən transfer etmişdi. Meksika millisinin üzvü ötən mövsüm icarə əsasında "Las palmas"da çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right