Ulduz futbolçu gecə klubunda qalmaqal yaradıb

“Napoli”nin hücumçusu Viktor Osimxen qalmaqalla yadda qalıb. Newsport.az xəbər verir ki, 25 yaşlı forvard gecə klublarının birində bir nəfərlə mübahisə edib.

Nigeriya millisinin üzvü azarkeşin əlindən telefonu alaraq onu itələyib. Fanatlardan biri isə gecə klubunda futbolçunun hərəkətini lentə alıb. O, videonu sosial şəbəkədə yayımlayıb.

Daha əvvəl İtaliya klubunun idman direktoru Covanni Manna bildirib ki, Osimxen klubdan ayrılmaq istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right