Bayer “Borussiya”da

Dortmund “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, “Hoffenhaym”ın hücumçusu Maksimilian Bayer transfer edilib.

21 yaşlı forvard “Borussiya” ilə 5 illik müqaviləyə imza atıb. Transferin 28,5 milyon avroya başa gəldiyi vurğulanır.

Ötən mövsüm Bundesliqada 33 matçda 16 qol vuran Bayer, son Avropa çempionatında 2 matçda Almaniya yığmasının formasını geyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right