“Barselona” icarəyə vermək istəyir 40 milyon avroya aldığı hücumçunu

"Barselona“nın gələn mövsüm hücumçu Vitor Roke üçün ümidi yoxdur.

Newsport.az AS nəşrinə istinadən xəbər verir ki, kataloniyalılar braziliyalı futbolçunu icarəyə vermək istəyirlər. Eyni zamanda, Roke özü də komandada qalmağa və ya daimi olaraq ayrılmağa razıdır.

19 yaşlı forvard yanvar ayında “Atletiko Paranaense”dən “Barselona”ya keçib. Onun transfer məbləği 40 milyon avro olub. O, kataloniyalıların heyətində 16 oyun keçirib və 2 qol vurub. Rokenin “Barselona” ilə müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right