Silva yeni komanda yoldaşını təriflədi

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva “Mançester Yunayted”lə superkubok oyunundan sonra komandanın yeni cinah oyunçusu Savionun çıxışı haqda fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, braziliyalı futbolçunun yaxşı oyunçu olduğunu bildirib:

“O, çox sürətlidir, rəqibləri üçün çox təhlükəlidir. Savio işləmək və yeni şeylər öyrənmək istəyən yaxşı oğlandır. Onun bizimlə olmasına şadıq”.

Superkubok görüşü “şəhərlilər”in penaltilər seriyasında qələbəsi ilə başa çatıb (1:1, pen – 7:6).

Savio bu ilin iyul ayında “Troya”dan “Mançester Siti”yə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right