"Osiyek"in çalışdırıcısı "Dinamo" və "Zirə barədə nə dedi?

Xorvatiyanın "Osiyek" komandasının baş məşqçisi Federiko Koppitelli ölkə çempionatının 2-ci turunun “Dinamo”ya (Zaqreb) qarşı keçirəcəkləri matçın Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin "Zirə"yə qarşı keçiriləcək cavab oyununa təsirindən danışıb. 

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis Bakıdakı cavab görüşü üçün "Dinamo" ilə matça fərqli heyətlə çıxacaqlarına işarə vurub:

"Dinamo”ya qarşı heyət "Zirə" ilə oyunundan asılı olacaqmı? Bəli, olacaq. Komandada dəyişikliklər olacaq, amma hansı mövqelərdə olduğunu hələ deyə bilmərəm. Mən komandamı həmişə meydanda və məşqdə gördüklərimə əsasən qururam. Aydındır ki, bəzi əvəzetmələr etməli olacağıq. Keçid anındayıq, qarşıdakı bütün matçlarda özümüzü mümkün qədər yaxşı göstərmək üçün əlimizdən gələni edəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right