“Barselona”nın müdafiəçisi Xulian Arauxo İngiltərə Premyer Liqasının təmsilçisi “Bornmut”a keçib.
Newsport.az-ın məlumatına görə, sənədlər artıq imzalanıb. Kataloniya təmsilçisi bu transferdən 10 milyon avro qazanacaq, lakin İspaniya klubu onu geri satın almaq hüququna sahib olmayacaq.
Arauxo bu gün İngiltərəyə yollanacaq. Tibbi yoxlanışın isə bazar ertəsi yekunlaşması gözlənilir.