Dibala illik 25 milyon avro maaş təklifindən imtina edib!

“Roma”nın hücumçusu Paulo Dibala yenidən Səudiyyə Ərəbistanı çempionatına keçməkdən imtina edib.

Newsport.az-ın məlumatına görə, bu dəfə “Əl-Qadisiya” argentinalı futbolçunu öz heyətinə qatmaq istəyib. Klub Dibalaya illik 25 milyon avro maaşla 4 illik müqavilə təklif etsə də, forvard “Roma”da qalmağa qərar verib. O, romalılarla birlikdə kubok qazanmaq arzusundadır.

30 yaşlı futbolçunun “Roma” ilə hazırkı müqaviləsi 2024/25 mövsümünün sonunda başa çatır. O, son mövsümdə 39 matçda 16 qol vurub və 10 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right