“Mançester Yunayted” “Atletiko”dan ayrılan futbolçunu transfer etməyə hazırlaşır

“Mançester Yunayted” yay transfer pəncərəsi bağlanana qədər müdafiə xəttini gücləndirməyi düşünür.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yay “Atletiko” ilə müqaviləsi başa çatdıqdan sonra azad agentə çevrilən müdafiəçi Mario Hermoso ilə əlaqə saxlanılıb. “Qırmızı şeytanlar” 29 yaşlı futbolçunun namizədliyini müzakirə edirlər.

İndiki halda ingilislər üçün prioritet variant “Bayern”dən Nussair Mazrauidir.

Mario Hermosoya gəlincə, o, indi karyerasını davam etdirmək üçün əlində olan bir neçə variantı dəyərləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right