Motta onu “Yuventus”a uyğun görmür

“Yuventus”un baş məşqçisi Tiaqo Motta “Arsenal”ın müdafiəçisi Yakub Kivioru komandaya dəvət etməyə həvəsli deyil.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis daha əvvəl “Spetsiya”ya rəhbərlik edəndə polşalı futbolçu ilə çalışıb. O, hazırda Kiviorun “Yuventus”a uyğun namizəd olduğuna əmin deyil.

Motta müdafiəni gücləndirmək üçün klub rəhbərliyini diqqətini başqa hədəflərə yönəltməyə çağırır.

Kivior ötən mövsüm İngiltərə Premyer Liqasında 20 matça çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right