“Qalatasaray”ın yarımmüdafiəçisi Kərəm Aktürkoğlunun “Spartak”a keçməkdən niyə imtina etdiyi ilə bağlı məlumat ortaya çıxıb.
Newsport.az “Euro-Futbol.ru”-ya istinadən xəbər verir ki, türkiyəli futbolçunun imtinasına səbəb onun Avropanın “böyük beşlik” klublarından hansınasa keçmək imkanının olması olub. 25 yaşlı yarımmüdafiəçi avrokuboklarda oynamaq istəyir və başqa variant olmadığı halda Rusiyaya getməyə hazırdır.
Daha əvvəl futbolçunun Rusiya klubuna keçidinin nəhayət ki, uğursuz olduğu bildirilirdi.
Aktürkoğlu ötən mövsüm bütün turnirlər daxil olmaqla 54 oyun keçirib, 15 qol vurub və 9 məhsuldar ötürmə edib.