"Beşiktaş" milli üzvünü icarəyə verdi

Türkiyənin "Beşiktaş" klubu futbolçusu Amir Hadziahmetoviçi icarəyə verib.

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisi bosniyalı yarımmüdafiəçini "Rizespor"a göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı dayaq yarımmüdafiəçisi 2024/2025 mövsümünü icarə əsasında "Rizespor"un heyətində keçirəcək.

Qeyd edək ki, "Beşiktaş" Amir Hadziahmetoviçi 2023-cü ilin fevral ayında "Konyaspor"dan transfer edib. Bosniya və Herseqovina millisinin üzvü ötən mövsüm "qara qartallar"ın heyətində meydana çıxdığı 30 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right