“Arzum gerçəkləşdi” “Barselona”nın yeni transferi

İspaniya millisinin üzvü Dani Olmo “Barselona”ya keçməsindən danışıb.

Newsport.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu xoşbəxt olduğunu bildirib:

“Buraya qalib gəlmək və titullar uğrunda mübarizə aparmaq üçün gəldim. Biz “Barselona”yıq və bütün mümkün mükafatlar üçün mübarizə aparmalıyıq. Çox xoşbəxtəm, arzum gerçəkləşdi. Evimə qayıtdığım üçün xoşbəxtəm”.

26 yaşlı yarımmüdafiəçi Almaniyanın “Leyptsiq” klubundan “Barselona”ya keçib. O, Kataloniya klubu ilə 2030-cu ilin ortalarına qədər olan müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right