"Yuventus" argentinalı üçün 20 milyon avro ödəməli olacaq

"Yuventus" müdafiəçi axtarışına çıxıb.

Newsport.az "Sky Sport"a istinadən xəbər verir ki, Tyaqo Motta "Bornmut"un müdafiəçisi Markos Senesi sərəncamında görmək niyyətindədir.

Artıq Turin təmsilçisi argentinalı futbolçu üçün İngiltərə klubuna müraciət edib.

"Bornmut" "Yuventus"da Senes üçün 20 milyon avro istəyir.

Argentinalının Premyer Liqa klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

27 yaşlı futbolçu "San Lorenso", "Feyenoord" klublarında oynadıqdan sonra 2022-ci ildə "Bornmut"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right