Rusiya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Krasnodar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Anji" ilə qarşılaşıb. Matç 3:1 hesabıyla "Qəbələ"nin rəqibinin xeyrinə başa çatıb.
Bu nəticə sayəsində "Krasnodar" adını 1/4 finala yazdırıb.