"Barselona" bu gün Dani Olmonun transferini açıqlayacaq.
Newsport.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, "Leyptsiq"in (Almaniya) futbolçusu Kataloniya klubunda iki gün əvvəl tibbi baxışdan keçib. Hücumçu ilə 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Leyptsiq" Dani Olmonu 2020-ci ilin yanvar ayında Zaqreb "Dinamo"sundan transfer edib. İspaniya millisi ilə Avropa çempionu olan futbolçu turnirdə meydana çıxdığı 6 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.