“Monako” “Barselona”nın müdafiəçisi Mikail Fayeni transfer etməkdə maraqlıdır.
Newsport.az-ın məlumatına görə, artıq tərəflər arasında ilkin danışıqlar aparılıb. Fransanın digər klubu “Nitsa” da seneqallı futbolçuya iddialıdır və artıq ilk təklifini verib.
Fayenin “Barselona” ilə hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. O, 2023/24 mövsümündə Kataloniya klubunun ikinci komandasında 35 oyun keçirib və 4 qol vurub.