Keyta Almaniya klubunun məşqlərindən uzaqlaşdırıldı

“Verder” yarımmüdafiəçisi Nabi Keytanı əsas heyətlə məşqlərdən uzaqlaşdırdığını açıqlayıb.

Newsport.az xəbər verir ki, klubun idman direktoru Klemens Frits mətbuat xidmətinə açıqlamasında bunun indiki vəziyyətdə ən yaxşı variant olduğunu bildirib:

“Biz çox açıq söhbət etdik və bu nəticəyə gəldik ki, bu, indiki vəziyyətdə ən yaxşı variantdır”.

Qvineyalı futbolçu fərdi proqram üzərində çalışacaq və özünə yeni klub axtaracaq.

Keyta 2023-cü ilin iyulunda azad agent kimi “Verder”ə keçib. O, 2023/24 mövsümündə komandanın 5 oyununda iştirak edib və uğurlu olmayıb.

29 yaşlı futbolçunun klubla müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right