“Atletiko”nun hücumçusu Samu Omorodion İngiltərədə çıxış edəcək. Newsport.az xəbər verir ki, ispaniyalı futbolçu “Çelsi”yə keçir.
Premyer Liqa təmsilçisi madridlilərin müqavilə şərtləri ilə razılaşıb. Madridlilər bonuslar istisna olmaqla 35 milyon funt-sterlinq qazanacaq. 20 yaşlı forvard paytaxt klubu ilə 7 illik müqavilə imzalayacaq. Omorodion tezliklə yeni komandasında tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Samu Omorodion ötən mövsümü icarə əsasında “Alaves”də keçirib, 34 oyunda 8 qol vurub.