UEFA İspaniya millisinin iki üzvünü cəzalandırdı

İspaniya millisinin yarımmüdafiəçisi Rodri və hücumçusu Alvaro Morata bir oyunluq cəzalandırılıb.

Newsport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçular davranış qaydalarını pozmaqda və idmançıya xas xarakter nümayiş etdirməməkdə təqsirli biliniblər. Onlar  Cəbəllütariq dövləti haqqında siyasi xarakterli mahnı oxuyublar.

Avro-2024-ün qalibi adını qazanan İspaniya millisinin üzvləri finaldan sonra qələbəni qeyd edən zaman azarkeşlərlə birlikdə Cəbəllütariqin dövlətçiliyini ələ salan mahnı oxuyublar.

Xatırladaq ki, Avro-2024-ün finalında İspaniya millisi İngiltərəni 2:1 hesabı ilə məğub edərək çempion adını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right