"Beşiktaş"dan ayrılan futbolçu Səudiyyə Ərəbistanına yollana bilər

"Beşiktaş"dan ayrılan Raşid Qezzal karyerasını Səudiyyə ərəbistanında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Əl-Oruba" azad agent statusunda olan əlcəzairli vingeri transfer etmək istəyir. Bu barədə "L'Équipe" nəşri məlumat verib.

Ərəblər 32 yaşlı ön xətt oyunçusu ilə danışıqlara başlayıb. Futbolçu hələ ki, təklifə cavab verməyib.

Qeyd edək ki, Raşid Qezzal ötən mövsüm "Beşiktaş"ın heyətində meydana çıxdığı 34 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right