"Bavariya" "Bayer"lə razılığa gəldi

"Bavariya" Conatan Tanın transferi ilə bağlı "Bayer"lə razılığa gəlib. 

Newsport.az xəbər verir ki, bu barədə "Kicker" məlumat yayıb. 

Klublar 28 yaşlı müdafiəçinin transfer şərtlərini razılaşdırıblar: Münhen təmsilçisi bu keçidə görə 25 milyon avro ödəyəcək. Daha 5 milyonu isə bonuslar şəklində ödənilə bilər.

Qeyd edək ki, Ta Bundesliqanın son mövsümündə 31 oyuna çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right