Emre Can kapitan olaraq qalacaq

Dortmund "Borussiya"sının  yarımmüdafiəçisi Emre Can yeni baş məşqçi Nuri Şahinin rəhbərliyi altında komandanın kapitanı olaraq qalacaq. 

Newsport.az jurnalist Florian Plettenberqin sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Sebastyan Kehl məlumat verib:

"Emre Can kapitan olaraq qalacaq. Hiss edirəm ki, oyunçular mövsümün əvvəlindən ruhlanırlar. Onların uğur qazanmaq üçün böyük istəkləri var. 

Mən yüksək intensivlik və konsentrasiya görürəm”.

Xatırladaq ki, 30 yaşlı Can 2020-ci ilin yayında  "Yuventus"dan "Borussiya"ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right