"İnter"in yarımmüdafiəçisi Lüsyen Aqume birədəflk "Sevilya"ya keçib.
Newsport.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı fransalı ilə müqavilə 2028-ci ilin iyun ayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalı bu transferi 4 milyon avro qiymətləndirib.
Qeyd edək ki, Aqume 2023/24 mövsümünün ikinci yarısını "Sevilya"dan icarə əsasında keçirib, 13 oyuna çıxıb.