PSJ futbolçusu Xavi Simonsu icarəyə verib.
Newsport.az klubun saytına istinadən xəbər verir ki, Niderland millisinin üzvü 2024/2025 mövsümünü icarə əsasında "Leyptsiq"də keçirəcək.
21 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm də icarə əsasında Almaniya təmsilçisində oynayıb. O, 43 matçda iştirak edib, 10 qol vurub, 15 qolun ötürməsini verib.