“Barselona”nın və İspaniya millisinin hücumçusu Lamin Yamala “Ginnesin Rekordlar Kitabı”ndan sertifikatlar təqdim edilib.
17 yaşlı futbolçu Avropa çempionatının final mərhələsində iştirak edən, həmçinin turnirdə qol vuran ən gənc futbolçu olub.
Yamal AVRO-2024-də İspaniya millisinin heyətində 7 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Turnir zamanı futbolçunun 17 yaşı tamam olub.
Ötən mövsüm yarımmüdafiəçi “Barselona”nın heyətində bütün turnirlərdə 50 matçda 7 qol vurub və 9 məhsuldar ötürmə edib.