Dortmund "Borussiya"sının hücumçusu Niklas Füllkruq "Vest Hem"ə keçmək üzrədir.
Newsport.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Ötən gün 31 yaşlı futbolçu transferi başa çatdırmaq üçün tibbi müayinədən uğurla keçib.
İngiltərə klubu Bundesliqa təmsilçisinə bu transferə görə 27,5 milyon funt sterlinq ödəyəcək. Füllkruqla 3+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Füllkruq 2023-cü ilin avqustundan "Borussiya"da oynayırdı. Forvard komandanın heyətində bütün yarışlarda 43 matça çıxıb, 15 qol vurub və 10 qolun ötürməsini verib.