Almaniyada 2024-cü ilin ən yaxşı məşqçisi müəyyənləşib.
Newsport.az xəbər verir ki, mütəxəssislərin və azarkeşlərin səsverməsinə əsasən, bu ada "Bayer"in baş məşqçisi Xabi Alonso layiq görülüb. Leverkuzen təmsilçisi onun rəhbərliyi altında 202324 mövsümündə Bundesliqanın qalibi olub. Komanda ən yaxın rəqibi "Ştutqart"ı 17 xal qabaqlayıb.
Xabi Alonso ilin məşqçisi seçilməsi barədə təəssüratlarını bölüşüb:
“Baş məşqçi rolu mənim üçün o qədər yenidir ki, ilin məşqçisi kimi mükafatlara görə özümü gənc hiss edirəm. İllərdir öz işini görən digər həmkarlarıma böyük hörmətim var. Amma təbii ki, mənə bu adı təkcə mənim işim deyil, həm də komandanın nəticələri qazandırıb. Deməli, mükafat bütün komandaya məxsusdur. Məşqçi kimi mən sadəcə onların nümayəndəsiyəm”.