Avropa Liqası: Pley-offun püşkü atılacaq

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Newsport.az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Çempionlar Liqasının III təsnifat mərhələsində yer alan Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bilinəcək. “Qarabağ” - “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu yoluna məhz ikinci dərəcəli turnirdə davam edəcək.

Bu cüt püşk zamanı səpələnmişlərdə yer alacaq. Mümkün rəqib isə aşağıdakılardı:

“Trabzonspor” – “Rapid” (Vyana) cütünün qalibi

“Riyeka” – “Elfsborq” cütünün qalibi

“Beşiktaş”

“Sparta” – “Styaua” cütünün məğlubu

“Klaksvik” – “Borats” cütünün qalibi

“Selye” – “Şemrok Rovers” cütünün qalibi

“Dinamo” (Minsk) – “Linkoln” cütünün qalibi

“Petrokub” – TNS cütünün qalibi

“Santa Koloma” – RFŞ cütünün qalibi

“Harts”

“Baçka Tobola”

“Yagellonya” – “Bodo Qlimt” cütünün məğlubu

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right