“Qalatasaray”dan ayrılan Hamza Akman karyerasını Danimarkada davam etdirəcək.
Newsport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi “Sonneryyusk” klubuna keçib. Bu barədə yüksək liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hamza ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Türkiyə U-19 millisinin üzvü olan Akman “Qalatasaray”ın yetirməsidir. O, əsas komanda ilə 3 oyunda meydana çıxıb.