"Mançester Yunayted"in yeni transferi zədələndi 3 ay oynamayacaq

İngiltərənin "Mançester Yunayted" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yeni transferi Leni Yoro sıradan çıxıb. Bu barədə klubun mətbuat ixfəmti məlumat yayıb.

Fransalı mərkəz müdafiəçisi "Arsenal"la keçirilən yoldaşlıq oyununda (1:2) ayağından zədələnib. 18 yaşlı futbolçu 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Mançester Yunayted" Leni Yoronu yay transfer pəncərəsi zamanı "Lill"dən transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right