"Barselona" "Leyptsiq"in hücumçusu Daniel Olmonun transferi üçün Almaniya klubuna yeni təklif göndərib .
Newsport.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Fabrizio Romano məlumat verib. Bildirilib ki, İspaniya millisinin futbolçusu Kataloniya təmsilçisi ilə 6 illik müqaviləyə razılaşıb. "Barselona" "Leyptsiq"ə 55 milyon avro və daha 7 milyon avro müxtəlif bonuslar təklif edib.
Daha əvvəl Bundesliqa təmsilçisinin La Liqa klubunun əvvəlki təklifini qəbul etmədiyi bildirilirdi.