"Beşiktaş" "Qalatasaray"ın keçmiş hücumçusunu geri qaytarır

“Beşiktaş” sabiq “Qalatasaray”lını gətirmək istəyir“Beşiktaş” hücum xəttini gücləndirməyi planlaşdırır.

Newsport.az “Akşam”a istinadən xəbər verir ki, “qara qartal” Türkiyə çempionatında əvvələr də oynamış Sedrik Bakambu ilə maraqlanır.33 yaşlı forvardın agenti hazırda “Beşiktaş”la danışıq aparır.

Konqolu hücumçu “Betis”dəki karyerasından razı deyil. İspaniya klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər olan afrikalı özü hazırkı komandasını dəyişməyi planlaşdırır.İstanbul təmsilçisi Sedrikin keçidini bu yay reallaşdırmaq niyyətindədir.

Əlavə edək ki, “Soşo”, “Bursaspor”, “Vilyarreal”, “Bejinq Qoan”, “Marsel”, “Olimpiakos”, “Əl-Nəsr”, “Qalatasaray” komandalarının formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right