"Brayton"un mərkəz yarımmüdafiəçisi Paskal Qross "Borussiya"ya (Dortmund) keçməyə hazırlaşır.
Newsport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Tərəflər 33 yaşlı oyunçunun transferi ilə bağlı razılığa gəliblər. Bu transfer üçün Dortmund təmsilçisi 7 milyon avro ödəyəcək. Təcrübəli oyunçu ilə yaxında 2026-cı ilə qədər müqavilənin imzalanması gözlənilir.
Qeyd edək ki, Paskal Qross ötən mövsüm "Brayton"un heyətində 47 oyuna çıxıb, 5 qol vurub və 13 qolun ötürməsini verib. O bundan öncə Almaniyada "İnqolşdat" və "Hoffenhaym" komandalarında çıxış edib.