Ukrayna mətbuatı: "Neftçi" 250 min avro ödəyəcək

“Çernomorets”in ukraynalı vingeri Andrey Ştoqrinin “Neftçi”yə keçəcəyi gözlənilir.

Newsport.az xəbər verir ki, “ağ-qaralar” bu futbolçu üçün Odessa təmsilçisinə pul ödəyəcək.

Ukrayna mətbuatı “Neftçi”nin Andreyə görə 250 min avro ödəyəcəyini iddia edib.

Tərəflər arasında müqavilə müddəti 3 il olacaq.

25 yaşlı futbolçu "Çernomorets"in yetirməsidir və 2018-ci ildən bu klubda çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right