Nəhənglərin istədiyi futbolçu ərəb klubuna satılır

“Monako” yarımmüdafiəçisi Məhəmməd Kamaranı satmağa razılıq verib. Newsport.az xəbər verir ki, 24 yaşlı futbolçu Avropa nəhənglərinə deyil, Səudiyyə Ərəbistanı klubuna keçəcək.

Çünki “Əl-Sədd” 16,5 milyon avroya onu heyətinə cəlb etmək üçün fransızlarla razılığa gəlib. Ərəblər Mali millisinin üzvünün uğurlu çıxışı təqdirində, daha 3,5 milyon avro bonus ödəyəcəklər.

Qeyd edək ki, Məhəmməd Kamara “Monako”ya 2022-ci ildə “Zalsburq”dan keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right