Levandovski: "Ötən mövsümdəkindən daha çox qol vuracam"

"Barselona"nın hücumçusu Robert Levandovski 2024/2025 mövsümündən gözləntilərini bölüşüb.

Newsport.az AS-a istinadən xəbər verir ki, 35 yaşlı forvard ötən mövsümdəkindən daha çox qol vuracağını deyib:

“Ötən mövsümdən daha çox qol vuracağıma əminəm. Çünki ötən mövsüm nə mənim, nə də komandam üçün uğurlu olmadı”.

Qeyd edək ki, Levandovski 2022-ci ilin iyulunda "Bavariya"dan "Barselona"ya keçib. Transfer məbləği 45 milyon avro olub. 

"Barselona" 2023/2024 mövsümündə 85 xalla La Liqada 2-ci yeri tutub. Levandovski isə 2023/24 mövsümündə 59 matçda 30 qol vurub.a





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right